• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat yayıb

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat yayıb

07 Noyabr 2023
Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

12 Noyabr 2025
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

06 Noyabr 2025
Şəhidlərimizin anım mərasimi keçirildi

Şəhidlərimizin anım mərasimi keçirildi

16 Oktyabr 2025
9 oktyabr – Vətən Müharibəsi şəhidi  Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

9 oktyabr – Vətən Müharibəsi şəhidi Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

09 Oktyabr 2025
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

03 Oktyabr 2025
“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

03 Oktyabr 2025
Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

02 Oktyabr 2025
Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

30 Sentyabr 2025
Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

29 Sentyabr 2025
HƏR AN EHTİRAMLA ANIRIQ…

HƏR AN EHTİRAMLA ANIRIQ…

27 Sentyabr 2025
Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

15 Sentyabr 2025
Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

15 Sentyabr 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Bazar, Noyabr 16, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Xəbərlər Cəmiyyət

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat yayıb.

Yazar Mətbuat Xidməti
07 Noyabr 2023
Kateqoriya Cəmiyyət
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

VETENNAMİNE.AZ xəbər verir ki, bəyanatda 2020-ci il noyabrın 8-də 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyulduğu, həmin tarix ölkəmizdə doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğu, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 44 günlük Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Gününün qeyd edildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, müstəqilliyinin ilk illərindən qonşu ölkə Ermənistanın hərbi təcavüzü, işğalı, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan sülh prosesinə sadiq olmaqla yanaşı, işğal faktı ilə barışmayacağını daim bəyan edib. Ermənistan uzun illər ərzində status-kvonun saxlanılmasına hesablanmış imitasiya naminə danışıqlar aparması, bu destruktiv fəaliyyətə beynəlxalq vasitəçilərin göz yumması və adekvat tədbirlər görməməsi nəticəsində Ermənistanın təcavüzkar siyasətini, “yeni ərazilər uğrunda yeni müharibələr” konsepsiyasını irəli sürərək hərbi-siyasi təxribatlarını intensivləşdirməsi 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən idi.

Bəyanatda, həmçinin vurğulanır: “Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu. 44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi.

2020-ci il noyabrın 8-də Azərbaycan tarixinin və mədəniyyətinin incisi Şuşa şəhərinin işğaldan azad olunmasından sonra noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq isə Ermənistanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxarması ilə ərazi bütövlüyümüz təmin edildi.

Müharibənin və münaqişənin bitməsindən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan öhdəliklərinə sadiq qalaraq iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesini aktiv təşviq etməyə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər görməyə başladı. Buna baxmayaraq, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi.

Azərbaycanın bütün səviyyələrdə və platformalarda xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələri cari ilin sentyabr ayında təxribatlarını artırdı və bir gündə 6 nəfər azərbaycanlı mülki şəxslər və polislərin ölümü ilə nəticələnən mina partlayışı törətdi. Buna cavab olaraq, Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, 2023-cü il sentyabrın 19-20-da Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi.

Hazırda erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Bu münbit şəraitin fonunda, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq, Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır.

Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir.

8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik!

Zəfər Günümüz mübarək olsun!”.Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat yayıb

Vətən Naminə Mətbuat Xidməti

Etiketlər #axtarıs#dunya#dünyagörüşü#fm#media#məqalə#news#sosial#vətənnaminə#xəbər#xəbərlər#xəbərvaxtıKiber
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

DSX-nin xüsusi məktəbində Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib

Növbəti xəbər

Silahlı Qüvvələrin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilib – SƏRƏNCAM

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • Şəhid XTQ Qüvvələrinin Giziri Naibov Devran Fazil oğlunun 5 ci il dönümü qeyd olunub. 08 Oktyabr 2025
  • Şəhid Quliyev Mehman Telman oğlunun 5-ci ildönümü qeyd olunub 07 Oktyabr 2025
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.