Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü Bərdədə dərin hüznlə qeyd edildi.

Dekabrın 12-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının
18-ci ildönümü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP
rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri
və kollektivləri, fəalları, Millət vəkillərinin köməkçiləri, ictimai birlik  və qeyri-hökumət
təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar,  Birinci və İkinci Qarabağ
müharibəsi qazi və şəhid ailələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon
sakinləri gün ərzində rayonun əsas meydanında və Heydər Əliyev adına Park bulvarda
ucalan ümumilli lider Heydər Əliyevin heykəlləri önünə tər gül-çiçək dəstələri qoyaraq
xatirəsini anmış, hörmət və ehtiramlarını bildirmişlər.
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri
Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə
keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. 
1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa etmiş, lakin ağır, çətin vəziyyətlə,
dağılmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövləti və Azərbaycan xalqı özünün və
ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük qurtuluş idi və Ulu Öndər özünün
müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi
sayəsində ölkəni, xalqı, gənc müstəqil Azərbaycan dövlətini labüd fəlakətdən qurtardı, onun
qorunması, inkişafı və möhkəmləndirilməsini təmin etdi. Qədirbilən Azərbaycan xalqı dahi
oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Bütün gün ərzində rayon Heydər Əliyev Mərkəzinin yanında ucaldılmış böyük monitorda
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş
etdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.