Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir

29.06.2022-ci il tarixində Türkmənistan paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısı keçirildi.

Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad sammiti və sammit çərçivəsində ikitərəfli və çox tərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etməsi böyük töhfə vermək baxımından mühüm önəm daşıyır.

Bu görüşlər, həmçinin hövzə ölkələrinin limanları vasitəsi ilə dəniz nəqliyyatının daha da inkişaf etməsinə müsbət təsir göstərəcək. Həmçinin dəmiryoluxətləri vasitəsi ilə qeyd olunan ölkələr arasındayükdaşımaları da artırmağı şərtləndirəcək.

Ümumiyyətlə, bu sammiti müxtəlif cəhətlərdən, o cümlədən, iqtisadi, tranzit, enerji, yükdaşıma və digər tərəflərdən müsbət dəyərləndirmək mümkündür. Xəzəryanı ölkələr mövcud imkanlardan səmərəliistifadə edərək bu əlaqələri daha da möhkəmləndirəbilərlər. Bu da həmin ölkələrin, ümumilikdə bölgənininkişafı ilə nəticələnə bilər. Bundan əlavə prezidentlərsəviyyəsində ikitərəfli görüşlər müxtəlif sahələrdəəməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verəbilər. Onu da xatırlatmaq istəyirəm ki, Azərbaycanötən illər ərzində Xəzəryanı ölkələr arasındaəməkdaşlığın hüquqi bazasının yaradılmasında fəaliştirak edib.

Bildiyiniz kimi, Prezident cənab İlham Əliyev Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Ölkə Başçısı ZirvəToplantısı çərçivəsində çıxışında bir çox önəmliməqamlara diqqət çəkmişdir. Dövlətimizin başçısıToplantıda qəbul ediləcək qərarların da Xəzərinpotensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq ekoloji cəhətdən təmizzona kimi qoruyub saxlamağa imkan verəcəyinəəminliyini ifadə edib. Xəzər dənizin stratejiəhəmiyyətini xüsusilə vurğulayan dövlət başçısıbildirmişdir ki, “Xəzər dənizi regionun xalqlarınınrifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq regional layihələrin mühüm tərkib hissəsidir.Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı təhlükəsiz kommunikasiyaların qurulması, yüksəkrentabelli ekoloji təmiz texnologiyaların cəlbedilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaqsahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır”. Əlbəttə Xəzəryanı ölkələrin bir-birilə olan dostluq, əməkdaşlıq münasibətləri bu ölkələrin xalqlarının rifahhalının daha da yaxşılaşmasına, iqtisadi əlaqələrin  daha da inkişaf etməsinə təkan verir.

Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya da tarixi əhəmiyyət kəsb edir. Çoxillik nəticəsində imzalanmış bu sənədXəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsidövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlıfəaliyyətinə əməkdaşlığına yönəlmiş daha təsirlitədbirlər görmək üçün möhkəm hüquqi zəminyaradacaq. Əlbəttə burada dayanıqlı münasibətləritəmin edən amilləri xüsusilə qeyd etməliyik.

Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Son illər respublikamızda Xəzərin ekoloji vəziyyətininyaxşılaşdırılması istiqamətində həyata keçirilənmühüm tədbirlər bunun əyani nümunəsidir. Xəzərdənizinin çirklənmədən qorunması məqsədilə mövcudsutəmizləyici qurğuların modernləşdirilməsi yenilərinin inşası üzrə irimiqyaslı layihələr buistiqamətdə atılan əhəmiyyətli addımlardan sayılır.

Ümumiyyətlə, Xəzər dənizinin yerləşdiyi coğrafiya sahilyanı ölkələrə faydalı və konstruktiv münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün münasib imkanlar yaradıb. Xəzər dənizi Xəzəryanıölkələr üçün iqtisadi baxımından, xüsusilə neft-qazhasilatı, kənd təsərrüfatı məhsullarının daşınması məhsul tranziti baxımından çox əhəmiyyət kəsb edir. Adətən dünyanın hər bir yerində dənizlər ətrafındayerləşən ölkələr arasında iqtisadi əlaqələrin qurulmasıprioritet təşkil edir. Xəzəryanı ölkələr inkişaf etməkdəolan ölkələrdir. Bu baxımdan bu ölkələrdə böyükpotensiallar mövcuddur.

İlham Qayıbzadə

Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ əlili

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.