“WalkSafe” proqramı nədir?

Dünyada bir çox qadın küçədə özünü təhlükəsiz hiss etmir.

Böyük Britaniyanın Milli Statistika İdarəsinin ONS məlumatına görə, ölkədəki qadınların yarısı həyatlarında ən azı bir dəfə qaranlıqda təkbaşına gəzməkdən qorxduqlarını söyləyirlər.Belə hallarda qadınlar “WhatsApp” proqramında dostlarına zəng etmək və ya yerini paylaşmaq kimi tədbirlər görməyə çalışırlar.

Beləliklə, texnologiya qadınlara küçədə özlərini daha təhlükəsiz hiss etməyə kömək edə bilərmi? İngiltərədə bu mövzuda hansı tədqiqatlar aparılır?

İngiltərədə 2021-ci ildə 33 yaşlı Sarah Everard bir polis məmuru tərəfindən parkda öldürüldü, 28 yaşlı ibtidai sinif müəllimi Sabina Nessa da bir qadınla görüşə gedərkən parkda öldürüldü. 

Bu iki qətldən sonra WalkSafe adlı proqrama maraq artdı. WalkSafe hazırda Böyük Britaniyada ən sürətlə yayılan təhlükəsizlik proqramıdır.Onun yaradıcısı Emma Kaye özünə təcavüz edildikdən sonra belə bir proqram hazırlayıb.

O qeyd edib ki, “Tətbiqimizin diqqəti cəlb etməsi təbii ki, bizim üçün sevindiricidir. Amma biz istərdik ki, belə bir tətbiqə ehtiyac olmasın. Heç kim təhlükəsizlik proqramlarına ehtiyac duyulan dünyada yaşamaq istəmir. Təəssüf ki, belə bir ehtiyac var”.

 

Həlimə Əliyeva 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.