Hörmətli QHT rəhbərləri, Rusiyada törədilən terror hadisələri ilə bağlı bəzi şəxslər Azərbaycan əleyhinə kampaniyalar aparır. Bunlardan biri V.Solovyovdur. Əlavə olunmuş bəyanatda Solovyovun bu hərəkəti pislənmiş və üzr istəməyə dəvət edilmişdir. Biz də bəyanatdan irəli gələrək öz münasibətimizi bildirək.
V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər – rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyinin” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti