Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Masallı rayonunda keçirilib.
Bunu Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Bunu Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Su Nəqliyyatında Polis İdarəsinin və Masallı “ASAN xidmət” Mərkəzinin nümayəndələrinin iştirakı ilə Viləş çayının Masallı rayonu ərazisindən keçən hissəsinə 87 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.