Vahid əlaqələndirmə mərkəzlərində 11 min şəxsə xidmət göstərilib

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 11 min şəxsə xidmət göstərilib.

 

Hazırda Bakı şəhərindəki və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı və Ucar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir.

 

Bu mərkəzlərdə qeyd olunan kateqoriyalara aid şəxslərə 39 qurum, 6 mərkəzi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və 33 yeri icra hakimiyyəti orqanı tərəfindən 26 istiqamətdə xidmətlər  “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir.

 

Yaxın günlərdə digər regionlarda da vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlaması üçün hazırlıq işləri aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.