VETENNAMİNE.AZ saytının çəkiliş qrupu vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələr mənsubu Salahov Elvin Sabir oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidimizin əziz xatirəsi anılıb. Şəhid Salahov Elvinin valideynləri VETENNAMİNE.AZ saytına onun keçdiyi qəhrəmanlıq yolundan danışıblar.
Şəhid Salahov Elvinin keçdiyi qısa, lakin mənalı həyat yolu, qəhrəmanlığı və vətənpərvərliyi hər bir azərbaycanlı gənc üçün örnəkdir. Şəhidin həyat yolundan danışan ana oğlunun necə vətənpərvər, cəsur və qürurlu olduğunu dilə gətirərək qeyd edib ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Elvin, vətəni layiqincə qoruyacam deyirdi. 23 oktyabr tarixində düşmənin snayper gülləsinə tuş gələrək Xocavənddə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı Elvin.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
- Azərbaycan Bayrağı Ordeni
- Cəsur döyüşçü
- Vətən uğrunda
- Şücayətə görə
- Fizulinin azad edilməsinə görə
- Kəlbəcərin azad edilməsinə görə
- Suqovuşanın azad edilməsinə görə
- Xocavəndin azad edilməsinə görə təltif edilmişdir.
Elvin Salahov bütün şəhidlərimiz kimi daim xalqımızın qəlbində yaşayacaq, xatirəsi ehtiramla yad olunacaq.
Sonda şəhidimizin valideynləri göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Qarabağ Azərbaycandır!
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti