Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən “Tullantıları tingə dəyiş” aksiyası Sumqayıt şəhərində yerləşən “Bravo” supermarketin qarşısında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, aksiya zamanı ümumi tutumu 158 litr olan plastik, 53 litr şüşə və 167 ədəd işlənmiş batareya təhvil alınaraq əvəzində 200 ədəd ting paylanılıb.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və yaşıllıqların artırılmasına dəstək olmağa çağırırıq.
Əkdiyiniz tinglərin şəkillərini bizimlə bölüşə bilərsiniz.