Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini Ələddin Əsgərov olduğu müəyyən edilib.
“Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv olunub”.
Vətən Naminə Mətbuat Xidməti