Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şuşa şəhəri Qarabağ küçəsində “AQROMAN” MMC tərəfindən ağacların qanunsuz köçürüldüyü, Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində isə vətəndaş tərəfindən ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Dünya Həsilova VETENNAMİNE.AZ-a bildirib ki, faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Vətən Naminə Mətbuat Xidməti