Vətəndaş cəmiyyəti bir-biri ilə qarşılıqlı əlaqədə olan və üfüqi əlaqələr sisteminə birləşdirilən elementlərdən ibarətdir.
Vətəndaş cəmiyyətinə daxil olan qurumlara nəzər salaq.
Müxtəlif ictimai birliklər(Qeyri-hökümət təşkilatları) – ekoloji, gənclər, mədəni, hərb yönümlü və s.. Bu sahəyə aid olan ictimai birliklər qəbul olunmuş nizamnamələrinə və dövlətin qanunları çərçivəsində fəaliyyət göstərərək ekologiyanın qorunub saxlanılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında, mədəniyyətimizin təbliğnidə, şəhid ailələrinin,onların ailə üzvlərinin hüquqlarının müdafiəsində mühüm işlər həyara keçirirlər.
İnsan hüquqları təşkilatları əsasən vətəndaşların hüquqlarını ölkədaxili və ölkədən kənar müdafiə edirlər.
Məscid, kilsə və müxtəlif dini birliklər ölkəmizdə öz dinlərinin sərbəst təbliğinə xidmət etməklə yanaşı dövlətçiliyizin möhkəmlənməsi istiqamətində əməli işlər görürlər.
Qeyri-dövlət mediası ölkəmizdə geniş fəaliyyət göstərən müstəqil mediaya çevrilmişdir.
Yerli özünü idarəetmə orqanları ildən ilə öz fəaliyyətlərini genişləndirirlər. Onların səlahiyyətləri artmaqdadır.
Dövlət (lakin bu, vətəndaş cəmiyyətinin əsas elementi deyil).
Siyasi partiyalar və hərəkatlar . Onlar öz platformarı ilə azad mübarizə apararaq iqtidar partiyyası olmağa çalışırlar.
Aris Məmmədov
Vətən Naminə mətbuat xidməti











