Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyi 12 mindən çox şəhid ailəsi və qazini aktiv məşğulluq proqramlarına cəlb edib

Şəhid ailələri və qazilərin məşğulluğuna dəstəklə bağlı mətbuat konfransı keçirildi

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi istiqamətində aparılan işlərə dair mətbuat konfransı keçirilib.

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli postmüharibə dövründə Nazirlik tərəfindən şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketinin artıq 100 min şəxsi əhatə etdiyini, onlara 190 min xidmət göstərildiyini bildirib.

Qeyd olunub ki, o cümlədən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır. Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.