Vətən müharibəsində igidlik göstərən qəhrəmanlar mükafatlandırıldı

9 avqust 2021-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon şöbəsinin inzibati binasında Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bakı şəhəri Nizami rayonu üzrə hərbi qulluqçularına adı çəkilən medallar təqdim edilmişdir.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramov, şöbənin böyük məsləhətçisi Yusif Əliyev, SHXÇÜDX-nin Nizami rayon şöbəsinin rəisi vəzifələrini icra edən polkovnik-leytenant Elxan Feyziyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehtiyev, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və təltif olunan müharibə iştirakçıları iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.