Vətən müharibəsi şəhidi Cavid Paşazadənin xatirəsi əbədiləşdirilib

217 saylı məktəbin məzunu, 2001-ci ildə Bakı şəhəri Binəqədi tayonunda doğulan Cavid Telman oğlu Paşazadənin  xatirəsi yad olunub. Binəqədi rayon camaatı, oxuduğu məktəbin müəllimləri, eləcə də ictimai təşkilatların iştirakı ilə Binəqədi rayonundakı 217 saylı məktəbin yaxınlığında  Cavid Paşazadənin  adına  bulağın açılışı olub.  Cavid Paşazadənin anası Sədaqət Paşayeva  çıxış edərək , bildirdi ki,  Cavidin  üç  bacının bir qardaşı idi.  Cavid həyatsevər, ata-anaya, qonşuya, böyüyə-kiçiyə hörmət edən bir gənc idi. Bu gün oğlunun  adına açılan bulaq, sanki oğlumun yola çıxan arzularıdır.  Sulutəpə yaşayış massivindən  keçən hər kəs,  üzbəüz məhəllədə oxuyan məktəblilər ayaq saxlayıb, balamın  qara mərmərdə şəkli vurulmuş bulaqdan su içəcəklər. Nə qədər ki, bu bulağın suyu qurumayıb, demək mənim balam da o qədər sağ olacaq, dedi.

 

Daha sonra  Cavid Paşazadənin  təhsil aldığı məktəbin dərs hissə müdiri  Nüşabə Əhmədova söz aldı. O Vətən uğrunda şəhidlərin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu  söylədi. Xatırlatdı ki,  dərs dediyi məktəbdə Birinci Qarabağ döyüşlərində iştirak edən  daha üç şəhid təhsil alıb. Binəqədi rayonundan 2020-i ildə döyüşə gedib qayıtmayan 76 oğul şəhid oldub. Cavid Paşazadə öz tərbiyəsi və əməksevərliyi ilə də istər məktəbin müəllim və şagird heyyətinin məhəbbətini qazanmışdı.  Məktəbi bitirən kimi ailəsinə kömək etsin deyə, fəhləlik edirdi. O özünün müddətdən artıq hərbi xidmətini başa vursa da,  Vətən uğrunda döyüşlərdə iştirak etməyə qərar verib. Azərbaycan belə qeyrətli oğulları ilə güclüdür.

 

Şəhid və qazilərimizin qəhrəmanlıq tarixlərini yazan  jurnalist Aida Eyvazlı Göytürk  müəllifi olduğu “Qalibiyyət: şahidlər və şəhidlər”  ikiildliyini 217 saylı məktəbin dərs hissə müdirinə təqdim edərək,  şəhidlərin uca məqamından, türk dünyasının qəhrəmanlıq tarixinə adlarını qızıl hərflərlə yazdığından danışdı.  Bildirdi ki, 2020-ci ildə şəhid olan vətən oğullarının  və döyüşən qazilərin qəhrəmanlığından bəhs edən yeni kitablarını hazırlayır.

 

Tədbirdə Binəqədi rayonundan olan  şəhid zabitlər  Xəqani Əsgərovun və Vüsal Rüstəmovun anası , Elşən Musayevin qardaşı da çıxış edərək, öz övladlarının və doğmalarının  qanları ilə yazdıqları tarixlə qürur duyduqlarını söylədilər.

 

Daha sonra  Cavid Paşazadənin çalışdığı şirkətin direktoru Eldəniz Hüseynov  danışdı. O Cavidin öz işində necə intizamlı, namuslu, hər zaman evinə çörək aparmaq üçün əziyyətə  qatlaşan bir qeyrətli oğul olduğunu söylədi. Bildirdi ki, öz əməli və dürüstlüyü ilə işlədiyi kollektivdə hər kəsin hörmətini qazanmışdı. Bizim kollektivin əməkdaşları  bu gün də şəhid Cavid Paşazadənin xatirəsini unutmur.

 

Şəhid zabit Ramiq Mikayılovun qardaşı Ağa Mikayılov  öz qardaşı haqqında danışdı. Söylədi ki, onun qardaşı Heydər Əliyev adına   Azərbaycan Ali Hərbi Akademiyasını bitirmiş  şərəfli bir zabit idi. Əsgərləri ilə arasında xüsusi  nizam-intizam qaydası var idi. Əsgələrindən söz düşəndə Cavid Paşazadəni oğlu kimi sevdiyini deyirmiş. Komandiri Ramiq Mikayılov şəhidlik məqamına yüksələndən  olandan sonra, Cavid anasına zəng vurub deyir ki, ana, məni gözləməyin, komandirimdən sonra yəqin ki, mən də çox yaşamaycağam, şəhid olacağam.  Cavid  şəhidliyi ilə həm də özünə ideal bildiyi komandirinə qovuşub.

Tədbirdə Vətən Müharibəsi Əllillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal, Birliyin Binəqədi rayonu üzrə nümayəndəsi Yasəmən Qəyyumlu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini, Vətən Naminə internet televiziyasının rəhbəri Aris Məmmədov da 44 günlük müharibədə qazandığımız  şərəfli döyüş tariximizdən, Ali Baş Komandan İlham Əliyevin  şəhid və qazi ailələrinə verdiyi yüksək dəyər və qayğıdan danışdılar.  Şəhid adına açılan abidələrin hər birinin  gənc nəslin və gələcək nəslin tariximizi unutmaması üçün böyük örnək olduğunu bildirdilər.

Tədbirin sonunda 217 saylə məktəbin şagirdləri vətən və şəhidlərimiz haqqında şerlər oxudular.

Cavid Telman oğlu  Paşazadə, 19 yaşında- 2020-ci il oktyabrın 29-da Xocavənd rayonunda gedən ağır döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb.

 

Hazırladı:

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.