Vətən müharibəsi qazilərindən növbəti performans

Protezlə təmin edilmiş qazilər futbol oynadı

Bunu Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

Vətən müharibəsində yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilərin futbol yarışı keçirilib.

Yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri və digər tanınmış şəxslər də olub.

Oyunda iştirak edən 14 iştirakçıdan 10u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.

Maraqlı oyun epizodları ilə keçən oyunda şərti adlandırılan “Canavarlar” və “Aslanlar” komandaları üz-üzə gəlib. Müharibə əlillərinin əzmkar mübarizəsi ilə yaddaqalan oyun “Canavarlar”ın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışın sonunda iştirakçılara təşəkkürnamə və medallartəqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 324müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.

Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.