Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsi ziyarət olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan olan şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

O.Əkbərov şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə  şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə  “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Görüşdə şəhid O.Əkbərovun vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimizin, o cümlədən şəhid O.Əkbərovun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.

Şəhid ailəsinin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı vurğulanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.