Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edənlər Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğundan danışıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, çıxışlar zamanı, həmçinin ilk dəfə təşkil edilən kompüter dəstəkli birgə təlimin ordularımız arasında mövcud ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Qeyd edilib ki, “UZAZ-2023” təlimi hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsi aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir.
Mərasimin sonunda təlim iştirakçılarının təntənəli keçidi olub.
Vətən Naminə Mətbuat Xidməti