Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər.
Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.
Vətən Naminə Mətbuat Xidməti