Uzaqdan iş: Airbnb elan edir ki, 15 000 işçi istənilən yerdən iş görə bilər

  • İnternet üzərindən otaq və ev kirayəsi xidmətləri göstərən Airbnb, işçilərinin istədikləri yerdən iş görmələrinə yol açan manifest dərc edib. Bu açıqlamaya görə, Airbnb işçisi dünyanın istənilən yerindən işləyə biləcək və eyni maaşı almağa davam edəcək. Şirkətin baş direktoru Brayan Çeski Twitter-də və şirkətin rəsmi internet səhifəsində yeni şirkət siyasətini açıqlayıb.

Elana görə, məsələn, ABŞ-da şirkət daxilində bir işçi ölkənin istənilən yerinə gedə və oradan tam iş günü işləməyə davam edə biləcək. Xərcləri azalsa belə, eyni maaşı almağa davam edəcək. Müxtəlif ölkələr üçün çeviklik təmin edilir.

 

Həlimə Əliyeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.