Tədbir Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Mübariz İsa oğlunun əziz xatirəsinə həsr olunmuşdur.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMƏVŞAİB) Bərdə rayon filialının sədri Etibar Hüseynova, şəhid Hüseynzadə Elməddinin anası Arzu xanım, şəhid Zeynalov Turqutun anası Zibeydə xanım, Birinci Qarabağ müharibəsi qaziləri Rüsdəmov Elbrus və Canbaxışov Camal, şəhid bacısı Cəfərova Nərgiz, eləcə də şəhid Mübariz Kərimovun ailə üzvləri iştirak etmişlər.
Tədbir zamanı şəhidin əziz xatirəsi böyük ehtiramla anıldı, döyüş yoldaşları onun keçdiyi igidlik və fədakarlıq yolundan söz açdılar. Çıxış edənlər şəhid Mübarizin Vətənə olan sonsuz sevgisindən, mərdliyindən və xalqımızın mübarizə tarixində tutduğu şərəfli yerdən danışaraq, gənc nəsillərə örnək olduğunu vurğuladılar.
Bu cür tədbirlər şəhidlərimizin xatirəsinin yaşadılması, onların ailələrinin diqqətdə saxlanılması və vətənpərvərlik ruhunun gələcək nəsillərə aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.