Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, bu gün Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Xaçmaz, Ağstafa, Tovuz, Ağdam, Gədəbəy, Şəmkir, Goranboy, İsmayıllı, Şamaxı, Şabran, Ağcabədi, Beyləqan, Sabirabad, Salyan, Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarında təmizlik aksiyaları keçirilib.
Nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının əməkdaşlarının, sakinlərin iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 23 tona yaxın müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.
Hər kəsi təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə, atılan hər bir tullantının böyük yanğınlara səbəb ola biləcəyinin fərqində olmağa, ətraf mühiti birgə qorumağa çağırırıq.