Vetennamine.az – ın bölgə müxbiri xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şabran rayonunda konsert tədbiri baş tutmuşdur.
Ölkəmizin tanınmış səs sənətçilərinin iştirakı ilə keçən tədbir böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda Şabran rayonunun ictimai-siyasi və mədəni həyatında fəal iştirakı və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə bir qrup ictimaiyyət nümayəndəsi Şabran rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.
Atayeva Günay


















