İlk təsbitlərə görə, Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasında isti su qazanı partlayıb. Partlayışın baş verdiyi hissəyə ziyan dəyərkən, çox sayda yanğınsöndürən göndərilib.
İstanbulda Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasının Doğum və Uşaq Xəstəlikləri şöbəsinin əlavə binasında baş verən yanğını yanğınsöndürənlər söndürməyə çalışır.
VETENNAMİNE.AZ saytının araşdırdığı məlumata görə, xəstəxanada istifadəsiz qalan binada su qazanında partlayış olub. Partlayışla yanğın baş verərkən binanın parçaları ətrafa səpələnib.
Hadisə yerinə yanğınsöndürənlər və polis qrupları sövq edilib. Yanğınsöndürənlər yanğına müdaxilə etməyə davam edir.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti