Müstəqil Azərbaycan dövlətinin qurucusu, xilaskarı kimi tarixə yazılan ulu öndər şərəfli həyat yolu keçmişdir. Azərbaycan Respublikası SSRİ-nin tərkibində olarkən respublikamıza rəhbərliyi zamanı müstəqil Azərbaycan dövlətinin yaradılması barədə düşünərək Azərbaycan Ordusuna zabit kadrlarının hazırlanması məqsədilə C. Naxçıvanski hərbi litseyin açılmasına nail olur, SSRİ məkanında olan hər ali hərbi məktəbə 1884-cü ildən başlayaraq 3 nəfərin Bakıda imtahan verərək qəbul olmasına nail ola bildi. Bundan əlavə sənə yeni inkişafı üçün mərkəzdən asılılığı tədricən aradan qaldırılmasına nail oldu.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan istiqamətlərdə inkişafını təmin edib, Müstəqilliyin qoruyub saxlayıb.
Ulu Öndər Heydər Əliyev əsl liderlik keyfiyyətlərini nümayiş etdirərək 20 Yanvar faciəsi zamanı öz xalqının yanında oldu və sovet rəhbərliyinin bu cinayətini pisləyərək dünya ictimaiyyətinə çatdırdı.
1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanın dövlətçiliyini qorudu, iqtisadiyyatın inkişafına nail oldu, Silahlı Qüvvələri müasir ordular sırasına çıxartdı, dünyada ölkəmizin nüfuzunun artmasına nail ola bildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edərkən son 200 ildə torpaqları azad edən Ali Baş Komandan kimi tarixə düşdü.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin Idarə heyyətinin üzvləri və VƏTƏN NAMİNƏ Media qrupunun kollektivi hörmət və ehtiramla Ulu öndərin əziz xatirəsini anır və Allahdan rəhmət diləyirik.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti