Tədbirin ictimaiyyətə çatdılırmasında iştrak edən VETENNAMİNE.AZ saytının
müxbiri bildirir ki, tədbirdə:
- Azərbaycan Tibb Universiteti, Bioloji-Kimya kafedrasının baş müəllimi, elmlər namizədi Quliyeva Firəngiz
- Həkim-anestezioloq reanimatoloq Namazova Kəmalə
- Uşaq İnkişaf Birliyinin təsisiçi və rəhbəri Musayeva Aynur
- Nerj aləminin rəhbəri, sahibkar Hüseynov Əliş
- Dünya Televiziyası baş aparıcı Rzazadə Könül
- Səhiyyə Nazirliyi-Elmi tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Reproduktiv sağlamlıq şöbəsinin elmi işçisi t.ü.f.d, dosent Həsənova Afət
- Aparıcı-Jurnalist Axundova Nuranə
- Yazıçı,müəllim, təşkilat rəhbəri Əliyeva İradə
- Uzman fizioterapevt, baş həkim Cəfərov Sənan
- Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Nuran Hüseynov
- Etika akademiyası təsisçi və rəhbəri Günel İbrahim
- Finlandiya Azərbaycan Assisiasının sədri, Finlandiya Azərbaycanlı Qadınlar cəmiyyətinin rəhbəri Muradlı Arzu iştrak ediblər.
Tədbirdə AzQMƏVŞAİB-in sədri Mehdi Mehdiyev tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasətindən, onun hər peşəyə sevgi ilə, peşə sahiblərinə hörmət və qayğı ilə yanaşmasından, vətən sevdalılarına xüsusi sevgi, diqqət göstərərək onların sağlam, xoşbəxt və firavan yaşaması üçün əlindən gələn heç bir şeyi əsirgəməməsindən söz açıb.
M.Mehdiyev səkkiz illik fəaliyyətlərində “Əsgərə Xatirə Kitabı” layihəsi ilə ön və arxa cəbhədə ictimai, psixoloji, sosial, maddi və mənəvi dəstək olan zərif və cəsur qəhrəmanlarımıza təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq layihə çərçivəsində “Vətənpərvərlik Tərbiyəsində və Əməkdaşlıq Sahəsindəki Xidmətlərinə görə” fərqlənmiş layihə üzvləri Fəxri Fərmanla və “Vətənpərvərlik İşində Xidmətlərinə görə” medalı ilə təltif edilib.
Tədbir çərçivəsində qarşılıqlı müzakirələr aparılıb və Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla anılıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti