Səfir təşkilatın sədri Mehdi Mehdiyev ilə görüşərək, birliyin fəaliyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Görüş zamanı Mehdi Mehdiyev ictimai birliyin əsas missiyasını vurğulayıb:
• Veteranların və şəhid ailələrinin hüquqlarının müdafiəsi;
• Üzvlərin sosial inteqrasiyasına dəstək;
• Gənclər arasında vətənpərvərlik ruhunun aşılanması;
• Üzvlərin sosial təminatının yaxşılaşdırılması.
Hazırda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi 78 şəhər və rayon şöbəsini əhatə edir və 100 mindən çox üzvü birləşdirir.
Azərbaycan və Ukrayna arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə cənab Yuriy Husyev İctimai Birliyin fəxri nişanı ilə təltif edilib.
Görüş çərçivəsində gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub:
• Ukraynanın veteran təşkilatları ilə əməkdaşlığın qurulması;
• Təcrübə mübadiləsi və veteranların dəstəklənməsi üzrə birgə layihələrin həyata keçirilməsi.
Səfir Yuriy Husyev Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək, bu əməkdaşlığın Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində vacib addım olduğunu vurğulayıb.