Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, paytaxt Bakıda düşərgəyə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən uşaqların ölkəmizin müxtəlif bölgələrinə gəzintisi təşkil edilib. İsmayıllı rayonunun Basqal qəsəbəsində olan uşaqlar bunun ardınca Qəbələ rayonunda olublar. Qəbələnin Laza kəndində də olan uşaqlar lavaşın hazırlanması prosesində iştirak ediblər.
Ukraynalı uşaqların Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur.
14 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədilə təşkil edilib.
Vətən Naminə Mətbuat Xidməti