Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, uşaqlar İsmayıllı rayonunun Basqal qəsəbəsində olaraq, buradakı tarixi irsimizlə tanış olub, öz koloritini qoruyub saxlayan qəsəbəni gəziblər. Ukraynalı uşaqların reabilitasiya müddəti ərzində Şamaxıya da səfəri təşkil ediləcək.
Bundan əvvəl isə onlar Qəbələ Arxeoloji Mərkəzində olublar və Mərkəzdə uşaqlara Azərbaycanın tarixi barədə əyani eksponatlar vasitəsilə məlumat verilib.
Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.
Onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası, peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi və qrup terapiyalarında iştirak edirlər.