Ukraynada son vəziyyət:Xerson humanitar fəlakətə yaxınlaşır

Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, rus işğalçıları şəhər sakinlərinə qarşı repressiyalar təşkil edirlər. Xüsusəndə martın 21-də Azadlıq meydanında nümayişçilərə atəş açılıb, bir yaşlı kişi yaralanıb. Blokadaya görə, şəhərdə ərzaq və dərman çatışmamazlığı kəskin şəkildə müşahidə olunur. Uşaq qidası və gigiyena məhsulları çatışmamazlığından yeni doğulmuş uşaqlar, eləcədə ağır xəstələr xüsusi risk altındalar.

Ukraynalı hərbçilər “Javelin” tank əleyhinə raket kompleksləri ilə rus işğalçı qüvvələrinin texnikalarını sıradan çıxartmağa davam edirlər.

 

İşğalçı qüvvələr hərbi və mülki obyektlərə raket-bomba zərbələri endirməyə davam edirlər. Belə ki, gün ərzində 80 təyyarə uçuşu həyata keçirilib, onlardan 29-u Belarusiya ərazisindən olub. Bu barədə məlumatı USQ-nin baş qərargahının əmaliyyat məlumatlarında qeyd edilir.

Belarusiya-Ukrayna sərhədində rus qoşunlarının cəmləşməsi müşahidə olunur.

Mariupol üzərində işğalçı qüvvələrin bir təyyarəsi sıradan çıxarılıb. Gün ərzində işğalçı qüvvələr tərəfindən Xarkovun Lozovoy yaşayış məntəqəsində 20 ev raket zərbələri nəticəsində dağıdılıb. Sutka ərzində işğalçı qüvvələrin hərəkətlərində ciddi dəyişiklər müşahidə edilməyib. Ukrayna Silahlı Qüvvələri müdafiə əməliyyatları aparmaqla yanaşı bəzi istiqamətlərdən əks hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməklə böyük itkilər verir.

 

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.