Ukraynada son vəziyyət:Volodimir Zelenskiy NATO sammitində avropalılara müraciət etdi

Ukrayna prezidenti NATO sammitində avropalılara müraciətində bildirmişdir ki, onun ölkəsi artıq 1 aydır ki, qəhrəmancasına qeyri-bərabər döyüşdə müdafiə olunur. Sizdən xahiş edirəm ki, bir daha deməyəsiniz ki, bizim ordu NATO standartlarına uyğun gəlmir. Biz avropanın və bütün dünyanın təhlükəsizliyinin müdafiəsi üçün amansız düşmənə qarşı tək mübarizə aparırıq. İşğalçı qüvvələrdən müdafiə üçün NATO-nun silahlanmasında olan təyyarələrin, tankların, hava hücumundan müdafiə vasitələrinin və digər silahların 1%-nın bizə verilməsinə böyük ehtiyacımız var. İşğalçı qüvvələr Luqansk vilayətinin Rubejnıy şəhərində mövqelərini möhkəmləndirmişlər. USQ düşməni şəhərdən çıxarmaq üçün əks-hücum əməliyyatları həyata keçirir.

Nikolayev istiqamətində düşmənin 1 təyyarəsi və qanadlı raketi sıradan çıxarılmışdır. İşğalçı qüvvələr bütün istiqamətlərdə ağır itkilərə məruz qalırlar bununla əlaqədar Rusiya prezidentinin köməkçisi Medinskiy bəyan etmişdir ki, Rusiya dövlətinin mövcudluğuna təhlükə olarsa nüvə silahından istifadə etmək gündəmə gələ bilər.

Xerson şəhərində şəhər adminstrasiyasının binasında yenidən Ukrayna bayrağı dalğalanır. Bu barədə şəhərin meri İqor Kolıxayev məlumat vermişdir.

Xarkov şəhərində humanitar yardım almaq üçün növbədə duranlara qarşı işğalçı qüvvələr qradlardan atəş açmışlar.

USQ-nin baş qərargahının 24 mart saat 20:00-a olan əməliyyat məlumatlarında bildirilir ki, düşmən qüvvələri böyük itkilər verir. Onların yerini doldurmaq üçün ehtiyyatda olan zabit və sıravi heyət orduya çağırılır.

Berdyansk limanında USQ bölmələri tərəfindən düşmənin desant gəmisi sıradan çıxarılıb. Nəticədə gəmidə yanğın baş verib. Düşmənin itkiləri dəqiqləşdirilir.

Çerniqov vilayətində USQ-i düşmənin kolonunu məhv edib. Nəticədə sağ qalan əsgərlər meşəyə qaçıblar.

Mariupolda “Azov” döyüşçüləri işğalçı qüvvələri məhv etməyə davam edirlər.

 

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.