Ukraynada son vəziyyət: USQ yaşayış məntəqələrini işğaldan azad etməyi davam etdirir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 7 aprel 2022-ci il saat 6:00-a olan məlumatı:
-İşğalçı qoşunlar əsas qüvvələrini Ukraynanın şərqində yerləşdirərək Donetsk və Luqansk vilayətlərinin ərazilərini tam nəzarətə almaq məqsədi ilə hücum əməliyyatına hazırlaşır.


-Slobojansk istiqamətində işğalçı qüvvələr Xarkov şəhərinin mühasirəsini davam etdirirlər.
-Donetsk istiqamətində yaşayış məntəqələrini artilleriya atəşinə tuturlar.
-Kiyev və Çerniqov istiqamətindən çıxarılan rus qoşunları Ukrayna sərhədinə yaxın Rusiya federasiyasının vilayətlərində çadır şəhərciklərində yerləşdirir.
-Rusiya qoşunlarının hərbi qulluqçuları Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etməkdən imtina halları kütləviliyə çevrilir.
-İşğalçı qüvvələr Mariupol şəhərindən dinc əhalini məcburi Donetsk vilayətinin müvəqqəti işğala məruz qalan ərazilərində yerləşdirirlər.
-Sutka ərzində USQ-nin hava qüvvələri tərəfindən 1 ədəd qanadlı raket, 1 ədəd döyüş qırıcısı və 1 ədəd döyüş pilotsuz uçan apararı məhv edilmişdir.

BMT-nin verdiyi məlumata görə müharibə başlayandan 1563 dinc sakin həlak olmuş, 2213 nəfər isə müxtəlif dərəcədə yaralanmışlar. Bu göstəricilər hal-hazırda işğal altında olan ərazilərdəki itkilər nəzərə alınmadan məlumat verilmişdir.

 

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.