Ukraynada son vəziyyət: Ukraynadakı təcavüzlə əlaqədar Rusiya diplomatları avropadan qovulur

Latviya, Litva, Estoniya, Çexiya, Danimarka, İtaliya və digər avropa dövlətləri Rusiya diplomatlarını öz ölkələrindən şpiyonluqdan təqsirli bilərək qovurlar.

Ukrayna dövlətinə edilən təcavüzə görə, xüsusən də Puçe və İrpen şəhərində insanlığa qarşı təcavüz törətmiş Rusiya işğalçılarının amansın hərəkətindən sonra Rusiya ilə diplomatik əlaqələrin kəsilməsinə və digər sarsıdıcı sanksiyaların qəbul edilməsinə avropa dövlətləri və Amerika Birləşmiş Ştatları qərar verməyə hazırlaşırlar.

Zaporoje atom elektrik stansiyasının rus işğalçıları tərəfindən ələ keçirilməsindən sonra stansiyanın təhlükəsiz istismar edilməsini təmin etmək çətinləşib. Stansiyada işləyən əməkdaşlar işğalçı qüvvələrin təsiri altında işləyirlər.

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq, düşməndən qənimət götürdükləri TOS-1A silahını düşmənin özünə qarşı istifadə ediblər.

Bu haqda UNİAN xəbər agentliyinə Odessa vilayətinin spikeri Serqey Bratçuk məlumat vermişdir. Onun sözlərinə görə bu silahdan İzyum istiqamətində istifadə edilmişdir.

Mariupol şəhərində rus işğalçıları dinc əhaliyə qarşı amansız vəhşilik etməyi davam etdirirlər. Belə ki, onlar hərçilərin guya mülki geyim geyərək hərək etmələrini nəzərə alaraq bütün mülki əhalini güllələyirlər.

Rusiya işğalçıları işğal etdikləri ərazilərdə mülki əhalinin mənzillərindən götürdükləri qəniməti Rusiyaya göndərməkdə davam edirlər.

Buça şəhərində sağ qalanlar onların başlarına gətirilən vəhşiliklər barəsində məlumatlar verirlər.

Xarkov şəhərinin meri, Xarkovun tezliklə işğala məruz qalması ilə bağlı yayılan xəbərlərlə əlaqədar Xarkovda yaşayanlara müraciət edib. O, müraciətində qeyd edib ki, bu yalan informasiyanı mülki əhali arasında panika yaratmaq məqsədi ilə düşmən yayır.

Ukrayna Silahlı Qüvvələri düşmənin bütün hücumlarının qarşısını alır, biz birlikdə düşmənə qalib gələcəyik.

Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələri işğalçı qüvvələrin böyük tank kolonunu sıradan çıxarıblar.

Rusiya Silahlı Qüvvələrində ruh düşkünlüyü, əsgərlərin kütləvi şəkildə Ukrayna Silahlı Qüvvələri tərəfinə keçmə halları ilə müşahidə olunur. Belə ki, bir hərbi hissənin əsgərlərinin Ukraynanın tərkibinə keçməsi halı baş verib. Onlar Ukrayna uğrunda “Azad Rusiya Regionu” tərkibində Rusiyaya qarşı mübarizə aparırlar.

Rusiya Silahlı Qüvvələri Mariupol şəhərində böyük təxribat yaratmağa hazırlaşırlar və bunu Ukrayna Silahlı Qüvvələrinin üzərinə atmaq istəyirlər.

Ukrayna prezidenti Zelenskinin verdiyi məlumata görə, Türkiyə Mariupoldan yaralıların gəmilər vasitəsilə çıxarılmasına cəhd edirlər. Amansız döyüşlər nəticəsində Mariupol şəhərinə yaxınlaşmaq mümkün olmadığına görə onları Berdyanskdan təxliyyə edə bilərlər.

Bu gün, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Buçada törədilən soyqırım ilə bağlı iclas keçirilib. İclasa Böyük Britaniya rəhbərlik edib. İclasda Ukrayna prezidenti Zelenski öz çıxışı ilə yadda qaldı.

 

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.