Ukraynada son vəziyyət: İşğalçılar humanitar yükü ələ keçirdi

Ukraynanın Volçansk şəhərinə humanitar yardım aparan avtomobilləri işğalçı rus qoşunları saxlamışlar. Yardımı mənimsəyib 1 gün sonra sürücüləri azad buraxıblar.

Bu barədə məlumatı UNİAN xəbər agentliyi bildirmişdir.

Ukrayna xalqı silahlı qüvvələrə yardım üçün vəsait toplamağa başlamışlar. Bu aksiyaya 178 mindən artıq ukraynalı qoşulmuşdu. Toplanan 165 milyon driven Ukrayna ordusunun fonduna köçürülmüşdür. Ukrayna Silahlı Qüvvələrin fondu “Sağ qayıt, sağ geri dön” adlanır.

21 martda Jitomir vilayətəni işğalçı qüvvələr ilk dəfə qrad atəşinə tutmuşlar. Nəticədə 3 nəfər ölmüş, xeyli sayda yaralananlar var. İşğalçı qüvvələrin Nikolayev vilayətinə atdıqları raket zərbələri nəticəsində 19 yanğın hadisəsi baş vermişdir, raketlərin bəziləri yaşayış evlərinə düşmüş və nəticədə 3 nəfər həlak olub.

Rusiya Silahlı Qüvvələrinin elit bölmələrindən sayılan Pskov desant diviziyasının əsgəri Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüşdür. Əsir düşən əsgər onlarda qida təminatının çox zəif olduğunu bildirmişdir, qeyd edib ki, məcburiyyət qarşısında yerli camaata qarşı soyğunçuluq edirlər və o cümlədən silahsız insanları atəşə tuturlar.

Ukrayna Silahlı Qüvvələri işğalçı Rusiya Ordusunun hərəkətlərini bütün istiqamətlərdə dayandırmışlar və əks hücum əməliyyatı həyata keçirdirlər. Artıq Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna üzərində səmanı demək olar ki, Rusiya aviasiyası üçün bağlamışlar. Bunun nəticəsidir ki, bu gün Rusiya Silahlı Qüvvələrinin 7 helikopteri sıradan çıxarılmışdır.

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.