VETENNAMİNE.AZ “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya qoşunlarının 10-dan çox mövqeyini tutub.
“Bizim bölmələrimiz bu gün Baxmut ərazisinin şimalında və cənubunda 10-dan çox düşmən mövqeyini ələ keçirib və İvanovski rayonundakı meşənin əhəmiyyətli hissəsini təmizləyib”, – o vurğulayıb.
Malyar bildirib ki, Ukrayna hərbçiləri müxtəlif bölgələrdən düşmən əsgərlərini əsir götürüblər.
O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski vəziyyəti nəzarətdə saxlayır.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti













