Ukrayna müdafiəni dayandırmayacaq – Zelenski

Ukrayna müdafiə olunmağı dayandırmayacaq.

Vetennamine.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski yeni videomüraciətində deyib.

O, ölkə vətəndaşlarını “feyk” məlumatlara inanmamağa çağırıb.

“İndi internetdə çoxlu feyklər yayılır, guya mən ordunu silahı yerə qoymağa çağırıram və təxliyə aparılır. Mən buradayam. Silahlar yerə qoyulmur. Biz dövlətimizi müdafiə edirik. Bu bizim torpağımız, ölkəmiz, uşaqlarımızdır. Biz bütün bunları müdafiə edəcəyilk”, – deyə V.Zelenski bildirib.

Eyni zamanda Ukrayna prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı danışqlarda şərtləri Kiyev diqtə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.