Son günlər Ukrayna cəbhəsində vəziyyət ağır olaraq qalır. Ukrayna Silahlı Qüvvələri işğalçı Rus ordusunun hücumlarının qarşısını almaqla Baxmut istiqamətində düşmənə ağır zərbələr endirir. Rular hər gün 600-1000 nəfər canlı qüvvə itirir. Rusiyanın əhalisinin 140000000 olmasını nəzərə alsaq hələ müharibənin tezliklə bitməsinə ümüd etmək olmaz.
Döyüş əməliyyatlarının gedişinə nəzər salsaq Ukrayna Silahlı Qüvvələrinin aprel ayının ortalarına geniş miqyaslı hücum əməliyyatlarına başlaması qənaətinə gəlmək olar. Əsas hücum istiqaməti Zaparojye və Krım vilayəti olması etimalı ola bilər. Bu vilayətləri azad etməklə ərazi bütövlüyünü tam bərpa etmək üçün zəmin yarana bilər. Ukraynanın hücum əməliyyatı həyata keçirəcəyi qüvvələr ABŞ-da və Qərb dövlətlərində hazırlıq keçməkdədirlər.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti