Uçan kamera Pixy- Snapchat selfi çəkən dron buraxır.

Foto paylaşma proqramı olan Snapchat-ın sahibi olan Snap, selfiçəkən mini dron buraxıb.

Dron istifadəsi ilə bağlı qanunvericiliyin nisbətən zəif olduğuABŞ və Fransada 250 dollara satılan Pixy, selfi çubuğunaehtiyacı aradan qaldırır.

Cihaz 16 GB yaddaşı ilə 1000 şəkil və ya 100 video çəkə vəonları simsiz olaraq Snapchat-a ötürə bilər.

Cihaz quraşdırıldıqdan sonra özü işləyir. Beləliklə, istifadəçitərəfindən idarə olunmur.

Pixy 10-20 saniyə çəkən çəkilişi tamamladıqdan sonra sahibininovucuna yerləşdirilir.

Facebook və Twitter kimi digər sosial media şəbəkələri qədərpopulyar olmasa da, Snapchat xüsusilə gənclər arasındapopulyar bir tətbiqdir.

Snap-ın məlumatına görə, Snapchat-ın dünya üzrə gündəlik 300 milyon aktiv istifadəçisi var.

Şirkət həmçinin 20 ölkədə 13-34 yaşlı insanların 75 faizinəçatdığını bildirir.

Bəzi sosial media nəhəngləri bu yaxınlarda yeni cihazlarburaxmağa və Artırılmış Reallığa (AR) diqqət yetirməyəbaşladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.