VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), Mersin Qubernatorluğu və 29 qeyri-hökumət təşkilatının dəstəyi ilə hazırladığı bu yardıma qida, gigiyena və sığınacaq məhsulları daxildir.
AFAD-ın direktoru Cenk Yıldız bildirib ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin koordinasiyası ilə 13 oktyabr 2023-cü ildən etibarən Fələstinə yardım materialları daşıyan 12 təyyarə və 3 gəmi göndərilib. Dördüncü gəmini Fələstinə göndərdiklərini bildirən Yıldız deyib: “Un, makaron, su, tomat pastası, şəkər, çadır, ədyal və gigiyena materiallarından ibarət 2 min 334 ton humanitar yardım materialını yola saldıq. Fələstin bizim qardaş ölkəmizdir. Hər zaman onların yanındayıq. Bu işləri davam etdirəcəyik”
Gəminin Misirin Əl-Ariş limanına gedəcəyi, daha sonra yardım materiallarının Fələstinə çatdırılacağı bildirilib.
Vətən Naminə Mətbuat Xidməti