VETENNAMİNE.AZ xarici mediaya istinadən xeber verir ki, ölkə daxilində 973 rayonda və 1094 bölgə seçki komissiyasında 191 mindən çox seçki qutusu qurulacaq. Sabah seçkidə ölkədə 60 milyon 697 min 843 seçici səs verəcək.
4 milyon 904 min 672 seçici ölkədə ilk dəfə səs verəcək. Cəzaçəkmə müəssisələrində cəza çəkən və ehtiyatsızlıqdan cinayət törətməkdə təqsirli bilinən seçicilərin sayı isə 53 172 nəfərdir.
Səsvermə 08:00-17:00 arası keçiriləcək. Türkiyə daxilində səsvermə sabah saat 08:00-da başlayacaq və 17:00-da başa çatacaq.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti