Türkiyə və Azərbaycana qarşı aparılan düşmənçilik siyasətinə son qoyulmalıdır

“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir, lakin dəhliz məsələsini müzakirə etməyəcək”.

Vetennamine.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, belə bir fikir var ki, Ermənistan türk dünyasına təərəf sıxışıb və bu türk dünyasının bir hissəsi Ermənistanın KTMT-dəki tərəfdaşıdır:

“Türkiyə və Azərbaycana qarşı hər zaman düşmənçilik təbliğatı aparanlar (müxalifəti nəzərdə tutur – red.) Ermənistanın həmişə qurbanlıq quzu mövqeyində olmasını istəyir”.

Xatırladaq ki, erməni tərəfi rusiyalı həmkarları ilə müzakirələr zamanı Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmağa hazır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.