VETENNAMİNE.AZ president.az-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Vətən Naminə Mətbuat Xidməti