Türkiyə Respublikası-98

29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin elan olunması günüdür.

29 oktyabr 1923-cü ildə Türkiyə Milli Məclisi 5 əsas məsələ ilə 43-cü iclasına toplandı. Bunlardan birincisi və ən əsası konstitutsiyanın bəzi müddəalarında bəzi dəyişiklər edilməsi haqqında qanun təklifi və konstitutsiya komitəsinin səlahiyyətləri haqqında idi. Bundan əlavə gündəmdə olan məsələlərə parlamentin elan etdiyi səfərbərliyin ləğv edilməsi və digər məsələlər müzakirəyə çıxarılmışdır. Konstitutsiyaya edilən dəyişiklərlə bağlı çıxışlardan sonra məclis sədri Qazi Mustafa Kamal Atatürk maddələri tək-tək səsverməyə çıxarıb. Təklif edilən maddələr səsə qoyularaq idarəetmə forması respublika kimi qəbul edilib. Konstitutsiyaya edilən dəyişiklikdən sonra Türkiyə Respublikasında ilk prezident seçkiləri keçirilib. 158 millət vəkilinin iştirak etdiyi iclasda Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin başçısı elan edilir.

Mustafa Kamal Atatürk prezident seçildikdən sonra Türkiyə Cümhuriyyəti inkişaf dövrünə təməl qoydu və bunun nəticəsidir ki, bu gün Türkiyə Respublikası dünyada öz sözünü deməyi bacaran və dediyi sözə əməl edən bir dövlətdir.

Türkiyə Respublikasının bu günki prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra inkişafda olan Türkiyə Cümhuriyyətini daha da yeni müstəvidə inkişaf etdirməyə başladı və ən əsası türkiyədə texnologiyaların inkişafına məhz onun vaxtında start verildi. Artıq Türkiyə kənd təsərrüfatı və sənaye ilə yanaşı hərb texnologiyalarının inkişafında böyük uğurlara addım atmışdır.

Bu gün Türkiyə dünyada yaşayan türkdilli xalqların müdafiəsində dayanır və Turan Ordusunun yaranmasının təməlini qoyur. Yaxın zamanlarda biz NATO blokunun olduğu kimi Turan Ordusununda mövcudluğunun şahidi olacayıq və Turan Ordusunun əsas məqsədi ədaləti bərpa etməkdən ibarət olacaq.

Yaşasın Türkiyə Cümhuriyyəti!  Yaşasın Turan Ordusu! Yaşasın Türk Birliyi! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Respublika Gününüz Mübarək Olsun!

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.