Türkiyə Milli Müdafiə naziri ilə Azərbaycan Müdafiə naziri arasında telefon danışığı olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.
Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.