Türkiyənin https://manisahurhaber.com xəbər saytında “Fransa qazanında terror” sərlövhəli məqalə yayımlanıb.
Bunu Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Manisa Jurnalistlər və Nəşriyyatçılar Dərnəyi sədrinin müavini Seyfettin Ayakyayın qələmə aldığı məqalədə bildirilib ki, qonşularımızla sülh və əmin-amanlıq içində yaşamaq istəyərkən, Türkiyənin NATO-dakı müttəfiqi, Avropa Birliyində terroru bəsləməklə “qeydiyyatdan” keçən Fransa Türkiyə ilə yanaşı, Azərbaycanın da ünvanına əsassız ittihamlar səsləndirməkdən əl çəkmir.
Müəllif buna nümunə kimi Fransa Senatının 15 noyabr 2022-ci il tarixli Ermənistanı dəstəkləyən, Azərbaycanın əleyhinə olan qərarını nümunə göstərib. “Yanlış duymadınız: Senat üzvləri Azərbaycanın 30 il erməni işğalı altında qalan öz torpaqlarını müdafiə etmək və işğaldan qurtarmaq hərəkətini Ukrayna-Rusiya müharibəsi ilə səhv salırlar. Sanksiyaların tətbiqi ilə bağlı müraciətlər də, görünür, bundan qaynaqlanır”.
Fransanın riyakar siyasətinə diqqəti cəlb edən müəllif nəzərə çatdırıb ki, senatorlar “Azərbaycan qazının və neftinin idxalına qadağa qoyulmalıdır” deyəndə, enerji böhranında Fransanın alternativ enerji axtarışında Azərbaycanın qapısında növbəyə durduğunu unudurlar. “Bu o deməkdir ki, Senat üzvlərinin balıq yaddaşı var. Bir tərəfdən Azərbaycandan alternativ enerjiyə dəstək istəyəcəksiniz, digər tərəfdən Azərbaycan səfirliyinə basqınlara göz yumacaqsınız, Azərbaycanın Qızıl yataqlarını Ermənistanla birlikdə ölkənizə daşıyacaqsınız, Cənubi Qafqazda yanğın üçün zəmin hazırlayacaqsınız, sonra yanğınsöndürən rolunu alacaqsınız”, – deyə müəllif istehza ilə vurğulayıb.
Bildirilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi fransız senatorlarının qəbul etdiyi qərarı qətiyyətlə rədd edib. 28 dekabr 2022-ci ildə Fransanın Azərbaycandakı səfiri Ann Buayona etiraz notası təqdim edilib, ölkəmizə qarşı əsassız kampaniyanın dərhal dayandırılması üçün müvafiq tədbirlər görməsi barədə Fransaya xəbərdarlıq olunub.
Parisdəki Dahmet Kaya Kültür Mərkəzinin yaxınlığında baş verən silahlı basqını xatırladan müəllif qeyd edib ki, Fransa müstəmləkəçilik, terrora dəstək və ədalətsiz müdaxilə bataqlığında boğulacaq. “Terror və bəslədiyi terror təşkilatları cibində gəzdirdiyi “Əqrəb” kimi Fransanı vuracaq və artıq vurmağa başlayıb…”
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkndür:
https://manisahurhaber.com/makale/13606629/seyfettin-ayakyay/fransa-kazaninda-teror













