Türkiyə ilə Ermənistan arasında ilk görüş Moskvada keçiriləcək – Çavuşoğlu

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ilk iclas Moskvada keçiriləcək.

Vetennamine.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türkiyənin xarici siyasəti sahəsində 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O xatırladıb ki, 3+3 formatında ilk görüş artıq keçirilib. Nazir bildirib ki, İstanbul-Yerevan marşrutu il uçuşlar da tezliklə başlayacaq.

Qeyd edək ki, Türkiyə-Ermənistan danışıqlarında Türkiyəni ABŞ-dakı sabiq səfir Serdar Kılıç, Ermənistanı isə parlamentin spiker müavini Ruben Rubinyan təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.