Türk dünyasına sevinc yaşadan rəşadətli ordumuz

Bir neçə gün sonra Silahlı Qüvvələrimizin yaranmasının 104-cü il dönümünü xalqımız qeyd edəcək. Bununla əlaqədar  vetennamine.az saytının müxbiri  Həlimə Əliyeva Silahlı Qüvvələrin yaranmasında yaxından iştirak edən  ordu quruculuğuna  dəyərli tövsiyyələr verən  Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin  sədri  ehtiyatda olan polkovnik  Mehdiyev Mehdi İmdad oğlundan müsahibə götürmüşdür.  Müsahibəni sizlərə təqdim edirik.

Mehdi müəllim Azərbaycan öz müstəqilliyini 2-ci dəfə əldə etdikdən sonra ordu quruculuğuna başladı.Çox əfsuslar olsun ki,bu önəmdə yaranmaqda olan ordumuz düşmən təcavüzünə məruz qaldı.Siz də  ordu quruculuğunun yaranmasında yaxından iştirak edən zabit kimi istərdim ki, bu barədə oxucularımıza ətraflı məlumat verəsiniz.

-Azərbaycan Ordusunun 104-cü il dönümü ərəfəsindəyik.İlk dəfə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranan dövrdə Azərbaycan Ordusunun yaranması üçün qərar verildi.Düzdür qərar hələ ordunun yaranması demək deyil. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycan Demokratik Respublikasının ömrü qısa oldu və 23 ildən sonra süquta uğradı.Bununla yanaşı Milli Ordu tariximizdə durğunluq dövrü yaşadı.Yenə də Azərbaycan övladları Sovet Ordusu sıralarında xidmət edirdilər, müəyyən təcrübə yığırdılar, lakin bu , müstəqil Azərbaycanın Ordusu deyildi.Ulu Öndərimiz hələ sovet dövründə hakimiyyətdə olarkən sanki bugünü görürmüş kimi Cəmşid Naxçıvanski adına hərbi liseyin yaranması ideasını irəli sürdü və müəyyən təzyiqlərə baxmayaraq buna nail oldu.Belə ki, 1971-ci ildə orta internat məktəbi bazasında Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratdı.1972-ci ildə bu hərbi liseyin ilk buraxılışı oldu.Mən də həmin hərbi liseyin 10-cu buraxılış məzunu olmuşam.Hər il Ulu Öndərin bizimlə görüşü, lisey rəhbərliyinə verdiyi töhvələrin bir hissəsini eşidirdik,görürdük. Bizim özümüzdə yüksək ruh ,hərbi meyilliliyin artırılması istiqamətində olan söhbətləri bizim üçün çox önəmli idi .Eyni zamanda Bakıda yerləşən Bakı Ümumqoşun Kamandanlıq məktəbi ,Ali Hərbi Dənizçilik məktəbində azərbaycanlıların daha çox sayda qəbul olunmasının səbəbkarı Ulu Öndərimiz olmuşdur.Siz bildiyiniz kimi SSRİ dövründə o məktəblər arasında kvota bölgüsü olurdu ki, məsələn hansı Respublikadan neçə nəfər qəbul ola bilər. Bizim Respublikadan say nisbətən az idi. Məhz Ulu Öndərimizin sayəsində bu say artırıldı. Eyni zamanda Azərbaycandan SSRİ-nin müxtəlif şəhərlərində Ali Hərbi məktəblərin hər birinə Bakıda imtahan verərək  3 nəfərin qəbulu həyata keçirilirdi . Azərbaycan öz müstəqilliyini 2-ci dəfə qazandıqda Milli Ordunun yaranmasına qərar verildi. Sovet hakimiyyətinin apardığı siyasət nəticəsində azərbaycanlı gənclər döyüş hərbi hissələrinə  nadir hallarda xidmətə göndərilirdi. Buna görə də yaranmaqda olan Silahlı Qüvvələrimizin kiçik mütəxəssislərə ehtiyacı  var idi . Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində sovet dönəmində yetiştirilən zabit kadrları qısa zamanda mütəxəssisləri yetişdirmək üçün təlimlərə başladılar.Sözsüz ki, düşmənlə döyüş apararaq mütəxəssis yetişdirmək asan iş deyildi.Respublikamızda baş verən siyasi oyunlar və orduda vahid kamandanlığın olmaması Silahlı Qüvvələrin inkişafına mane olurdu. Nəhayət xalqın təkidi ilə Ulu Öndər 1993-cü ildə  təkrar hakimiyyətə gəldikdən sonra xalqda olduğu kimi ordu sıralarında da böyük ruh yüksəkliyi yarandı.Baxmayaraq ki, həmin dövrə qədər ordu sıralarında əsgər zabit heyyətində də itkilər böyük idi, amma yenə də o yaranan ruh yüksəkliyi imkan verdi ki, biz Füzuli istiqamətində 10 km lərlə işğal altında olan əraziləri düşməndən azad edə bildik.Digər istiqamətlərdə də ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi nəticəsində 12 may 1994-cü il tarixində  düşmən məcbur olub atəşkəsə razılıq  verdi və atəşkəs imzalandı.Həmin dövrdən başlayaraq digər sahələrdə olduğu kimi Silahlı Qüvvələrin inkişafına önəm verildi . Ulu Öndərin layiqli davamçısı hakimiyyətə gəldikdən sonra Silahlı Qüvvələrimiz  Cənubi  Qafqazın ən güclü ordusuna çevrilərək, öz ərazi bütövlüyünü bərpa etməyə qadir oldu.

Sizcə 2016-cı il aprel döyüşləri bizə nə qazandırdı?

-2016-cı il aprel döyüşləri zamanı ordumuz əks hücum nəticəsində  düşmənin mifə çevirdiyi Ohanyan səddini yararaq əlverişli yüksəklikləri  ələ keçirdi . Bununla düşmənin məğlubedilməz xülyasına son qoyularaq  Azərbaycan  xalqında orduya inamı artırdı .

Türk dünyasına qələbə sevincini yaşadan  ordumuzun 44 günlük savaşda qazandığı zəfər haqqında  istərdik ki, izləyicilərimizə məlumat  verəsiniz.

Düşmən davamlı olaraq atəşkəs rejiminə əməl etmirdi və nəticədə hərbiçilərlə yanaşı dinc sakinlər arasında da itkilər olurdu. Bunun nəticəsi olaraq Silahlı Qüvvələrin Ali Baş Kamandanı İlham Əliyev cənabları  orduya güvənərək əks hücum əməliyyatına qərar verdi.  Ordumuz qısa zamanda  düşmənin müdafiə xəttini yararaq düşmənə sarsıdıcı zərbələr endirməyə başladı.Nəticədə düşmən ordusunda xaos yarandı və əsgərlər  fərarilik etməyə başladı. Silahlı Qüvvələrimiz alınmaz qala hesab edilən  Şuşa şəhərini 8 noyabr 2020-ci il tarixində azad etdikdən sonra  ermənilər kütləvi sürətdə Azrbaycan ərazilərini tərk edərək Ermənistana qaçırdılar. Bunun nəticəsi olaraq Ermənistan dövləti kapitulyasiya aktına imza atmağa məcbur edildi.

2 müharibənin iştirakçısı və təcrübəli zabit kimi  bugün xidmətdə olan hərbiçilərimizə nətövsiyyə edərdiniz ?

-Bugün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz olunur.Orduda xidmət edən  hərbi qulluqçular yeni silahlara yiyələnərək öz peşəkarlıqlarını  artırmalı və dünyanın  ən aparıcı ordularına çevrilərək ərazi bütövlüyümüzün toxunulmazlığına zəmanət verməlidir.

Mən fürsətdən istifadə edərək başda Ali Baş Komandanımız Cənab İlham Əliyev olmaqla ordumuzun bütün şəxsi heyyətini, Silahlı Qüvvələrin yaranmasının 104-cü il dönümü münasibətilə təbrik edirəm.Hər birinə can sağlığı ,uzun ömür və hərb peşəsini daha dərindən mənimsəmək üçün yeni-yeni uğurlar  arzulayıram.

Bayramımız Mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.