Bunu vetennamine.az saytı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin saytına istinadən xəbər verir
Qeyd olunan qaydada müsabiqələrin əhatə etdiyi mövzular hissəsinə və qalib layihələrin seçilməsi mərhələsinə müvafiq qurumlarla razılaşdırma əlavə edilmiş, müsabiqədə iştirak edə biləcək şəxslər dəqiqləşdirilmiş, tələb edilən sənədlərin əldə edilməsi ilə bağlı təkmilləşdirmə aparılmışdır. Qiymətləndirmə Komissiyasının tərkibi, layihələrin ekspertizası və qiymətləndirilməsi ilə bağlı təkmilləşdirmə aparılıb və qrant müqavilələrinin müddəalarına əlavələr edilib.