TURANA DOĞRU

Yer üzərində 280 milyondan artıq türkcə danışan və eyni soydan olan insan yaşayır. Bu insanların yaşadığı yerlər və ölkələr fərqli olduğuna görə bir araya gəlib siyasi və iqtisadi qərarlar qəbul etmələri çətinlik yaradır. Bu məqsədlə Türk Birliyinin yaranmasına böyük ehtiyac duyulur.
Türk birliyi geniş mənada türkdilli dövlətlərin və digər ölkələrdə yaşayan türkcə danışan xalqların siyasi qərarlar qəbul etmələri üçün bir qurumda təşkilatlanması deməkdir.
Dar mənada türkdilli dövlətlərin bir araya gələrək Avropa birliyinə bənzər bir qurumun yaradılması fikrinin formalaşmasıdır. Bu ideya formalaşmalarının əksəriyyəti emosional əsaslara və türkçilik ideologiyasına əsaslanır. Amma hər bir siyasi baxışın əslində iqtisadi əsası var. Avropa birliyindən fərqli olaraq Türk birliyi iqtisadi əsasdan məhrumdur. Bununla belə, onun mədəni, tarixi və mənəvi əsaslara malik olması danılmaz faktdır. İqtisadi əsasların inkişafı belə bir beynəlxalq təşkilatın yaranmasına səbəb ola bilər. Burada enerji sektoru mühüm rol oynaya bilər.
Türk Birliyi anlayışı bütün Türk Dünyasında eyniz şəkildə başa düşülmür. Türkiyə və Azərbaycan kimi Qərbə yaxın türk ölkələrində güclü birlik kimi başa düşülür. Rusiyanın işğalı altında olan türk ölkələrində Rusiya Çarlığı və Sovet İttifaqının təbliğatı ilə Türkiyənin nəzarəti altında olan ölkələrin birliyi kimi təqdim edilirdi . Sibir və Orta Asiya türkləri ümumiyyətlə, əsl Türk Birliyi ideyasını hələ başa düşməyiblər. Bu, Rusiya , Çin , İran kimi dövlətlərin siyasətinə uyğundur . Türk Dünyasını fikirlərdə ayırmağa yönəldiyi üçün Türk Birliyinə böyük maneə yaradır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra türk birliyinə inteqrasiyaya doğru gedir. Yaxın Rusiya və İran bunu qəbul etmək istəmir və müxtəlif yollarla mane olmağa çalışırlar. Bizim işğal altında olan ərazilərdə erməni qardaşları ilə məscidlərdə donuz və mal-qara saxlayan farslar dini maska altında bizlərə yeritmək istəyirlər ki, bizim soyumuz türk yox, fars və ərəbdir. Buna misal olaraq məhz bizlərin Şax İsmayıl Xətainin nəvələri kimi təqdim etməyə çalışırlar. Anlamırlar ki, şahın özü türk olub. Fars siyasətinin güclü olması ilə razılaşmalıyıq. Bunun nəticəsi olaraq İranda hakimiyyəti təmsil edən türklər öz millətinə qarşı istifadə edilirlər. Zaman hər şeyi müalicə edib tarixi bərpa etməyinə şübhə etmirəm. Hər birimiz Türk birliyinə dəstək verib inkişaf etdirilməsi üçün əlimizdən gələni etməliyik. Turan Ordusu türk xalqlarının müdafiəsi üçün yaradılmalıdır.

Aris Qismətoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.