Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 670 litr olan plastik butulka, 32 litr tutumu olan şüşə butulka və 92 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Azyaşlı iştirakçılara isə kitablar hədiyyə olunub.
Sevindiricidir ki, əhali arasında tullantıların çeşidlənməsinin önəmini vurğulamaq, təkrar emala dəstək olmaq məqsədilə keçirilən bu aksiyalara maraq günbəgün artır. Aksiyaya uşaqdan böyüyə hər kəsin həvəslə qoşulduğunun şahidi oluruq.
Bütün vətəndaşları belə aksiyalarda fəal iştirak edərək tullantıların təkrar emalına dəstək olmağa və çoxistifadəlik ekoçantalardan istifadəyə səsləyirik.
Qeyd edək ki, növbəti aksiyalar barədə məlumat Nazirliyin rəsmi saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılacaq.
Vətən Naminə Mətbuat Xidməti